ABŞ Senatının komitəsi Türkiyəyə əleyhinə qanun layihəsi qəbul etdi
11 dekabr 2019 20:49 (UTC +04:00)

ABŞ Senatının komitəsi Türkiyəyə əleyhinə qanun layihəsi qəbul etdi

 

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, nəzərdə tutulan növbəti sanksiyalar Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görədir.

Komitədə demokratları təmsil edən Robert Menendes “twitter” səhifəsində qeyd edib ki, qanun layihəsində Suriyada hərbi əməliyyatda iştirak edən Türkiyə səlahiyyətlilərinə, xüsusilə Müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424

Oxşar yazılar