Bakıda kirayə verilən mənzillərdə qiymət artdı
11 dekabr 2019 13:06 (UTC +04:00)

Bakıda kirayə verilən mənzillərdə qiymət artdı

Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4 faiz artıb.

Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2 faiz artım qeydə alınıb.

"Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artıb. Obyektlərin icarəsində isə illik artım 6,4 faiz təşkil edib", - N. İbrahimov bildirib.

# 1316
avatar

Oxşar yazılar