Bakıda qadını maşın vurub öldürdü
11 dekabr 2019 12:43 (UTC +04:00)

Bakıda qadını maşın vurub öldürdü

 

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini A.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

# 1037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar