526
09:25
11 Dekabr 2019

Polisimiz dünya kubokunun qalibi oldu - FOTOLENT

Bakıda Heydər Əliyevin anım gününə həsr olunmuş yarış keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, noyabrın 29-dan dekabrın 2-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib. Bu yarışda bir çox ölkədən idmançılar mübarizəyə qatılıb. Milli komandamızın təcrübəli idmançıları arasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşı Ruslan Zeynalov da uğurla çıxış edib.

Çəkisi 75 kiloqramadək olan idmançıların mübarizəsində bütün qarşılaşmaları öz xeyrinə başa çatdıraraq, həlledici döyüşə vəsiqə qazanıb. Yarımfial və final döyüşlərində rusiyalı və iranlı rəqiblərini tam üstünlüklə məğlub edərək Dunya Kubokunun sahibi olub.

Qeyd edək ki, polis serjantı Ruslan Zeynalov kikboksinq üzrə keçirilən beynəlxalq dərəcəli yarışlarda medallara, kuboklara layiq görülüb. Ötən il Rusiyada keçirilən dünya kuboku yarışında gümüş medal qazanıb. Həmçinin karate döyüş növü üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə karate, sambo, uşu sanda və polis çoxnövçülüyü üzrə DİN biriciliklərində iştirak edib, bir çox uğurlara imza atıb.