Bakıdakı yanğında zəhərlənənlərlə bağlı RƏSMİ AÇIQLMA
10 dekabr 2019 16:12 (UTC +04:00)

Bakıdakı yanğında zəhərlənənlərlə bağlı RƏSMİ AÇIQLMA

"Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub".

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Həmçinin qeyd edilib ki, hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var.

# 1646
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar