Rüstəm Orucov dünyanın ən güclü cüdoçusudur – reytinq açıqlandı
10 dekabr 2019 13:00 (UTC +04:00)

Rüstəm Orucov dünyanın ən güclü cüdoçusudur – reytinq açıqlandı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan yığmasının 7 idmançısı “20-lik”də yer alıb.

Komandamızın heyətində ən yaxşı nəticə Rüstəm Orucova məxsusdur. 73 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı 6155 xalla 1-ci pillədədir. Eyni çəkidə mübarizə aparan Hidayət Heydərovun da mövqeyi dəyişməz qalıb. O, 6-cı pillədə qərarlaşıb – 4791.

Məmmədəli Mehdiyev (90 kq) də öz çəki dərəcəsində 5 rəqibdən geri qalır. O, 4702 reytinq xalına malikdir. 

Milli üzvlərindən 4 pillə irəliləyən Elmar Qasımov (100 kq) 11-ci yerə yüksəlib – 3776 xal. Onunla eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə 1 pillə geriləyib. Aktivində 3097 xal olan cüdoçu 17-ci yerə enib.

Uşanqi Kokauri (+100 kq) 2775 xalla 16-cıdır. O, son siyahı ilə müqayisədə bir addım irəliləyib.

Qadın cüdoçuların “20-liy”ində yeganə təmsilçimiz İrina Kindzerksadır. 5229 xala malik milliləşdirilən legioner yenə 6-cı yerdədir.

Qeyd edək ki, cüdoda Olimpiadaya lisenziya reytinqdəki mövqeyinə əsasən verilir.

# 1424
avatar

Oxşar yazılar