Xəstəxanada 6 nəfəri öldürən intihar etdi - ÇEXİYADA - YENİLƏNİB
10 dekabr 2019 17:51 (UTC +04:00)

Xəstəxanada 6 nəfəri öldürən intihar etdi - ÇEXİYADA - YENİLƏNİB

 

Çexiyanın Ostrava şəhərindəki xəstəxanada atəş açmaqda şübhəli bilinən şəxs özünü öldürüb. 

“Hazırda başına atəş açmaqla özünü öldürənin şəxsiyyətini müəyyənləşdiririk”, - Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu haqda ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb. 

Digər məlumata görə, xəstəxanada atəş açan tikinti mühəndisidir və iddia edirdi ki, onu əziyyət çəkdiyi xəstəlikdən heç kim müalicə etmir. 

Onun rəisi isə deyib ki, həmin şəxs 42 yaşlı Tstirad V.dir və son aylarda demək olar işə gəlməyib, xəstəliyi ilə bağlı iki həftəlik arayış da alıb. 

Polis isə hələ ki şübhəlinin şəxsiyyətini təsdiqləməyib.

***

13:02

Çexiyanın Ostrava şəhərindəki xəstəxanada atışma zamanı ölənlərin sayı 6-ya çatıb. 

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu haqda ölkənin səhiyyə naziri Adam Voytex açıqlama verib. 

Xəstəxananın direktoru isə Çexiya televiziyasına ölənlərin sayının arta biləcəyini deyib. Hazırda xəstəxananın əməkdaşları işlərini dayandırıblar, orada polislər fəaliyyət göstərir. 

Çexiya polisi Twitter səhifəsində şübhəlinin fotosunu paylaşıb. 

Məlumata görə, naməlum şəxs xəstəxanada atəş açaraq, oranı tərk edib. Polis qırmızı gödəkcəli orta boylu kişini axtarır. 

 

***

12:12

Çexiyanın daxili işlər naziri Jan Hamacek hadisə yerində ölənlərin olduğunu təsdiqləyib. Onun açıqlamasına görə, polis əməkdaşları hadisə yerinə gətirilib. 

Hadisə zamanı iki nəfərin də yaralandığı və xəstəxananın boşaldıldığı bildirilir. 

***

12:07

Çexiyanın Ostrava şəhərində bir xəstəxanaya silahlı hücum edilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində ən azı 4 nəfərin həyatını itirdiyi bildirilir.

Hücumu kimlərin və hansı səbəbdən təşkil etdiyi hələ ki açıqlanmır.
 

# 1676
avatar

Oxşar yazılar