Dəm qazının NÖVBƏTİ QURBANI...
10 dekabr 2019 06:01 (UTC +04:00)

Dəm qazının NÖVBƏTİ QURBANI...

 

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosnun məlumatına görə hadisə şəhərin Natəvan qəsəbəsində baş verib. 

Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədzadə Mehdi Bayram oğlu həyətdə olan hamamda çimərkən dəm qazından  boğularaq ölüb.

Qeyd edək ki, M.Məmmədzadə həmin ünvanda kirayə qalırmış. O, bir neçə gün bundan qabaq Gəncəyə işləmək üçün gəlib. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

# 1105
avatar

Oxşar yazılar