“BakuBus”dan sərnişinlərə növbəti MÜRACİƏT
09 dekabr 2019 13:48 (UTC +04:00)

“BakuBus”dan sərnişinlərə növbəti MÜRACİƏT

“BakuBus” MMC sərnişinlərə müraciət edib.

Lent.az xəbər verir ki, qurum sərnişinləri təmizliyə riayət etməyə, avtobuslara tullantı atmamağa, salonu çirkləndirməməyə çağırıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobuslar hər gün qarajda yuyulur, təmizlənir və mütəmadi olaraq, dezinfeksiya edilir. Lakin bəzi sərnişinlər xətdə olan avtobuslara tullantılar atır, salonu çirkləndirirlər. Bununla da, onlar digər sərnişinlərin rahatlığını pozurlar. Xətdə olan, salonuna tullantı atılmış, çirkləndirilmiş avtobusların təmizlənməsi isə əlavə vaxt tələb edir.
“BakuBus” MMC vətəndaşlardan da təmizliyə riayət etməyərək avtobuslara tullantı atan, salonu çirkləndirən şəxsləri belə hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edir.

# 1535
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar