1454
15:54
09 Dekabr 2019

2020-də moda dünyasında trend olacaq 6 əsas rəng - FOTOLENT

Bu yaxınlarda baş tutan Milano Moda həftəsində, 2020-ci ilin trend rəngləri ilə bağlı ipuçları verilib.

Lent.az Türkiyə mətbuatına istinadən, bir çox dizaynerlərin kolleksiyalarına daxil etdikləri rəngləri təqdim edir:

Açıq mavi

Joseph Resort, Prada və Camilla and Marc kolleksiyalarında səma rəng tonlara daha çox üstünlük verib.

Kristofer Esber və Camilla and Marc təbii rənglər arasında ən çox ağ rənglərdən istifadə ediblər.

Torpaq rəngləri

Khaite, Anna Quan, Simon Miller, Max Mara və Lee Matthews qış mövsümü üçün ən çox torpaq tonlarından istifadə ediblər. Kolleksiyanın böyük bir hissəsini eyni tonlarda olan gödəkçələr, paltarlar və jiletlər təşkil edib.

Yaşıl rəng

Açıq yaşıl rəng bir çox markanın üstünlükləri arasında olsa da, xaki, nanə rəng, tünd yaşıl, bu mövsüm tez-tez görəcəyimiz rənglər arasındadır.

Bənövşəyi

Alice Mccall, Jonathan Simkhai və Valentino kolleksiyasında bənövşəyi tonlara yer verib. O Koftalarda və paltarlarda bənövşəyi rənglərdən istifadə edib.

Açıq boz

Kristofer Esber, Anna Quan və Fendi kolleksiyalarında açıq boz rəngə, eyni zamanda qara və ağ kimi modanın əsas rənglərinə çox yer ayırıb.