Polis bu şəxsi axtarır: 3 yeniyetməni hədələyərək...
09 dekabr 2019 12:53 (UTC +04:00)

Polis bu şəxsi axtarır: 3 yeniyetməni hədələyərək...

Bakıda yeniyetmələrə qarşı quldurluq olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 779
avatar

Oxşar yazılar