50 adda dini ədəbiyyatın Azərbaycana idxalına icazə verilməyib
09 dekabr 2019 12:45 (UTC +04:00)

50 adda dini ədəbiyyatın Azərbaycana idxalına icazə verilməyib

 

"Azərbaycanda 2019-cu ildə idxalına razılıq verilməmiş 50 addan çox dini ədəbiyyat var".

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  deyib. 

O bildirib ki, ölkədə son illərdə 212 adda dini ədəbiyyat nəşr edilib: "Həmin kitabların ümumi sayı 550 mindən çoxdur".

# 836
avatar

Oxşar yazılar