İlin son Günəş tutulmasını Bakıda da izləmək olacaq
09 dekabr 2019 11:47 (UTC +04:00)

İlin son Günəş tutulmasını Bakıda da izləmək olacaq

2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması start götürəcək və 12:06-da yekunlaşacaq. Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

# 885
avatar

Oxşar yazılar