Xırdalanda yanğın: 3 nəfər xilas edilib
08 dekabr 2019 18:46 (UTC +04:00)

Xırdalanda yanğın: 3 nəfər xilas edilib

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağında mebel dəsti yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500

Oxşar yazılar