Azərbaycan yığmasının çalışdırıcısı ilin məşqçisi elan edildi - FOTOLENT
08 dekabr 2019 16:05 (UTC +04:00)

Azərbaycan yığmasının çalışdırıcısı ilin məşqçisi elan edildi - FOTOLENT

Beynəlxalq Taekvondo Federasiyası 2019-ci ilin ən yaxşılarının adını açıqlayıb. 

Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən Qran-prinin final mərhələsindən sonra Qala konsertdə açıqlanan siyahıda Azərbaycan yığmasının baş məşqçisi Reza Mehmandost da yer alıb. 

Millimizin iranlı çalışdırıcısı ilin ən yaxşı məşqçisi nominasiyasında qalib elan edilib. Bununla da R. Mehmandost ikinci dəfə eyni uğura yiyələnib. 

Qeyd edək ki, baş məşqçi 2016-cı ildə də fərqlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131

Oxşar yazılar