
Rusiyada DƏHŞƏTLİ yol qəzası: 3 nəfər maşında yandı
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut bölgəsindəki Lyantor-Nijnesortimski magistral yolunun 31-ci kilometrliyində ağır yol qəzası baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şənbə günü yerli vaxtla saat 21.00-da qeydə alınan qəzada üç nəfər ölüb, altı nəfər yaralanıb.
Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin yaydığı məlumatda bildirilir ki, Lyantor şəhərindən gələn “Lexus LX 570” markalı avtomobil qarşı tərəfdən - Nijnesortimski qəsəbəsi istiqamətindən hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobillə toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində "Hyundai” markalı avtomobil tamamilə yanıb, avtomobildə olan sürücü və iki sərnişin ölüb.
“Lexus LX 570” minik avtomobilində olan sürücü və beş sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Lyantor şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlar arasında yeniyetmə qız və üçyaşlı uşağın olduğu bildirilir.
Regional hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirilir, faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

İki yaşlı körpənin üstünə qaynar su dağıldı
17 yanvar 2021 , 21:12
FHN Hirkan Milli Parkındakı yanğınla bağlı MƏLUMAT YAYDI-VİDEO
17 yanvar 2021 , 17:56
Azərbaycanda DƏHŞƏT: ər arvadını oteldə...
17 yanvar 2021 , 10:02
Azyaşlı qız dəm qazından boğuldu
16 yanvar 2021 , 21:39
“Mercedes” “VAZ”la toqquşdu: ölən var
16 yanvar 2021 , 19:11
Hirkan Milli Parkında yanğın bir istiqamətdə söndürülüb - VİDEO
16 yanvar 2021 , 18:08
Qanunsuz sərnişin daşıyan sürücü HƏBS OLUNDU
16 yanvar 2021 , 17:44
40 yaşlı qadın su kanalında batdl
16 yanvar 2021 , 14:42