ABŞ Kosmik Agentliyi (NASA) Yer kürəsinə bənzər planetlərin axtarışı məqsədilə işığı ulduzlardan ayırmaq üçün xüsusi optik texnologiyadan istifadə edən “PICTURE-C” teleskopunu 38,1 kilometr yüksəkliyə qaldırıb.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, teleskopu nəzərdə tutulmuş hündürlüyə qaldırmaq üçün “NASA” ölçüsünə görə futbol meydançasına bərabər geldən ibarət aerostatdan istifadə edib. Bu ölçüdə aerostat teleskopun böyük qabaritlərə və ağır çəkiyə malik olması ilə əlaqədardır. Onun uzunluğu 4,3 metr, eni 0,9 metr, çəkisi 680 kiloqram təşkil edir.
Bildirilir ki, “PICTURE-C” teleskopu daha aydın görüntünü təmin etmək üçün Yer atmosferinin sərhədində fəaliyyət göstərəcək. Bu, bir buraxılışdan sonra havada bir neçə saat qalacaq çoxdəfəli avadanlıqdır. Missiya başa çatdıqdan sonra teleskop ayrılaraq paraşüt vasitəsilə Yerə dönəcək. Agentlik tərəfindən layihəyə 5,6 milyon dollar investisiya yatırılıb.
Teleskopun növbəti buraxılışı 2020-ci ilə nəzərdə tutulur. Qurğu tədqiqat qrupuna planetlərin axtarışında kömək üçün daha çox kosmik məkan şəkilləri çəkəcək. Layihə, həmçinin Yer kürəsinə bənzər planetlərlə yanaşı, digər kosmik obyektlərin kəşfinə kömək edə bilər.

Yeni teleskop ekzoplanetləri axtaracaq
Oxşar yazılar

Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05