Ümid Partiyası seçkidə iştiraka qərar verdi
07 dekabr 2019 16:52 (UTC +04:00)

Ümid Partiyası seçkidə iştiraka qərar verdi

Ümid Partiyası 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə partiyanın Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar verilib. 

Ümid Partiyasının Ali Məclisi 72 nəfərin namizəliyini təsdiq edib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

# 1384
avatar

Oxşar yazılar