Hava ilə bağlı xəbərdarlıq: Yollar buz bağlayacaq
07 dekabr 2019 14:18 (UTC +04:00)

Hava ilə bağlı xəbərdarlıq: Yollar buz bağlayacaq

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 5-7 dərəcə, gündüz  9-12 dərəcə isti olacaq. Bakıda gecə 5-7, gündüz  9-11 dərəcə  isti olacaq. 

Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.    

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında da sabah  əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Arabir  duman olacaq.  Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 , gündüz  7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında dekabrın 8-də havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edib. Belə ki, bazar günü axşam,  eləcə də ayın 9-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi dekabrın 9-da arabir güclənəcək.

Azərbaycanın rayonlarında da sabah axşam, dekabrın 9-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Dağlıq rayonlarda  gecə saatlarında yolların buz bağlama ehtimalı var.

 

 

# 13055
avatar

Aygün İbrahimli

Oxşar yazılar