Ronaldo və Buffondan alban uşaqlara sürpriz - FOTO
07 dekabr 2019 12:21 (UTC +04:00)

Ronaldo və Buffondan alban uşaqlara sürpriz - FOTO

Məşhur futbolçu Kriştianu Ronaldu və peşəkar qapıçı Canluici Buffon alban uşaqlara sürpriz edib.

Lent.az xəbər verir ki, hər iki utbolçu noyabrın 26-da Albaniyanın Durres şəhərində baş verən zəlzələdə eyvandan atlanmaqla sağ qalan iki alban uşağa imzalı formalarını hədiyyə ediblər.    

Ölkənin baş naziri Edi Rama futbolçularla uşaqların sürpriz görüşünü sosial media hesabından canlı olaraq paylaşıb.

Qeyd edək ki. zəlzələdən sonra xəstəxanada uşaqları ziyarət edən baş nazir onları Ronaldo və Buffonla görüşdürəcəyinə dair söz veribmiş. 

 

# 1325
avatar

Aygün İbrahimli

Oxşar yazılar