Azərbaycanda iki maşın toqquşdu: iki nəfər öldü
06 dekabr 2019 19:15 (UTC +04:00)

Azərbaycanda iki maşın toqquşdu: iki nəfər öldü

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “TIR" markalı yük maşını ilə "Priora" markalı nəqliyyat vasitəsi toqquşub.  Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

# 1562
avatar

Oxşar yazılar