Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06 dekabr 2019 13:23 (UTC +04:00)

Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək

Dekabrın 17-dən 24-dək Azərbaycanda ilk dəfə  klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək. Lent.az xəbər verir ki, festival Azərbaycan televiziyası “Mədəniyyət” kanalının yeni layihəsidir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

Festivalın Təntənəli bağlanış mərasimi dekabrın 24-də Heydər Əliyev Mərkəzində keçiriləcək

# 1453
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar