İki yaşlı qız beşinci mərtəbədən yıxıldı
05 dekabr 2019 22:10 (UTC +04:00)

İki yaşlı qız beşinci mərtəbədən yıxıldı

 

Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy şəhərindəki yeni yaşayış massivlərindən birində baş verib. Belə ki  nəzarətsiz qalan iki yaşlı Məmmədova Zöhrə Vüsal qızı yaşadığı binanın beşinci mərtəbəsindən yerə yıxılıb. O, əvvəlcə binada quraşdırılmış çanaq antenalardan birinə, sonra isə yerə çırpılıb. 

Yaralı ağır vəziyyətdə bölgədəki klinikalardan birinə yerləşdirilib. 

# 2880
avatar

Oxşar yazılar