Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
05 dekabr 2019 17:21 (UTC +04:00)

Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, 2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

# 1483
avatar

Oxşar yazılar