Opera və Balet Teatrında “Viva opera” adlı qala-konsert olacaq
05 dekabr 2019 17:05 (UTC +04:00)

Opera və Balet Teatrında “Viva opera” adlı qala-konsert olacaq

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sənət ocağının aparıcı solistlərinin iştirakı ilə “Viva opera” adlı qala-konserti olacaq.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, konsertdə xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, respublikanın əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin teatrın xor kollektivi çıxış edəcək.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərlərinə müraciət olacaq.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

 

# 1559
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar