Rusiya bəstəkarı Bakıda neoklassik musiqi layihəsini təqdim edəcək
05 dekabr 2019 16:48 (UTC +04:00)

Rusiya bəstəkarı Bakıda neoklassik musiqi layihəsini təqdim edəcək

Rusiyalı gənc ifaçı - bəstəkar Oksana Vəliyeva Bakıda yeni neoklassik musiqi layihəsini təqdim edəcək.

Lent.az xəbər verir ki, O. Vəliyevanın üslubu klassik musiqi barədə ilkin təəssüratlardan fərqlidir. Onun əsərləri özünəməxsus tərzi ilə dinləyicini biganə buraxmır. Fortepianoda, simli və nəfəs alətlərində ifa olunan lirik əsərlər gənc bəstəkarın debütüdür. Onun musiqisi klassik bəstəkarların musiqi üslubu ilə, eyni zamanda, çağdaş aktual tendensiyalarla vəhdət təşkil edir.

“The Magic of Music” adlı konsert yaxın vaxtlarda Bakı Kamera Orkestrinin müşayiəti ilə reallaşacaq.

Konsertin dirijoru beynəlxalq mükafatlar laureatı Cavad Tağızadədir.

Layihənin baş prodüseri Ceyhun Əlidir.

# 1663
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar