10:43
05 Dekabr 2019

“Barselona” “2-ci Messi” ilə müqavilə bağladı

İspaniyanın “Barselona” klubu gənc hücumçusu Ansu Fati ilə yeni müqavilə imzalayıb.

Lent.az -ın məlumatına görə, yaxın gələcəkdə böyük futbolçu olacağına ümidlər bəslənilən və “2-ci Messi” adlandırılan Fatinin sözləşməsinin müddəti 2022-ci il iyunun 30-dək uzadılıb.

Müqavilədə yer alan bəndə əsasən, “Barselona” rəhbərliyi həmin müddətə qədər 17 yaşlı futbolçunun sazişini daha 2 il artıra bilər. Kataloniyalılar istedadlı oyunçuya 170 milyon avro transfer qiyməti qoyublar.

Qeyd edək ki, 10 yaşından “Barselona”da futbolun sirlərini öyrənən Fati bu ildən Kataloniya klubunun əsas komandasında oynayır. O, meydana çıxdığı 11 matçda 2 qol vurub.

Dİgər xəbərlər