237
10:34
05 Dekabr 2019

Yol qəzasında 5 nəfər xəsarət aldı

Yevlaxda yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1979-ci il təvəllüdlü Qasımov Mahir Zakir oğlu, 1965-ci il təvəllüdlü İsrafilova Əmanət Nəsif qızı, 1976-cı il təvəllüdlü Mehdiyev Cəlal Şaxlı oğlu, 1960-cı il təvəllüdlü Babayeva Nabidə Şaxlı qızı və 1967-ci il təvəllüdlü Sayadova Reyhan Şaxlı qızı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, yaralılardan üçü bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.