Tarix Muzeyinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
04 dekabr 2019 17:05 (UTC +04:00)

Tarix Muzeyinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Lent.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, 2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987

Oxşar yazılar