“Baklift-2”nin sabiq rəisinin məhkəməsi başlayıb
04 dekabr 2019 11:37 (UTC +04:00)

“Baklift-2”nin sabiq rəisinin məhkəməsi başlayıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 11-ə təyin olunub.

Qeyd edək ki,  R.Dilanov külli miqdarda mənimsəmədə təqsirli bilinir. İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.  R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993

Oxşar yazılar