Saatlıda qatarla avtomobilin toqquşması nəticəsində ölən şxslərin adları məlum olub.
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində “VAZ-02106” markalı avtomobildə olan, Sabirabad rayonu Kovlar kənd sakini, 57 yaşlı Abasov Cəbrrayıl Həmid oğlu və Qəzli kənd sakini, 55 yaşlı Məmmədov Eldar Gülbala oğlu dünyası dəyişib.
***
10:34
Saatlıda qatarın minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bununla da ölənlərin sayı iki nəfərə çatıb.
Faktla bağlı araşdırma aparılır.
***
10:08
Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.