22 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı
03 dekabr 2019 21:02 (UTC +04:00)

22 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

 

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

1997-cü il təvəllüdlü Zalov Əli Əhməd oğlu kəsilmiş, deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

22 yaşlı gənc dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat axtarışlarına başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1364

Oxşar yazılar