623
19:10
03 Dekabr 2019

Rusiyalı politoloq erməni nankorluğundan danışdı: bu vandallar...

"Ermənilərin abidəsini boyadığı rus Qriboyedov Ermənistan üçün çox şeylər edib. Məhz Qriboyedovun sayəsində İrandan indiki Ermənistan ərazisində 40 minə yaxın erməni köçürülüb".

Bunu APA -nın Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov bildirib. Erməni millətçilərinin İrəvanda tanınmış rus diplomatı Aleksandr Qriboyedovun abidəsini rəngə boyamasına münasibət bildirən rusiyalı siyasi ekspert bu hadisəni radikal erməni millətçiliyinin vandal aksiyası adlanıdırıb:

"Bu, bir tərəfdən ümumilikdə Rusiya-Ermənistan münasibətlərinə qarşı etiraz aksiyasıdır. Digər tərəfdən isə bu, rəsmi İrəvanın Moskvaya qarşı əvvəlcədən düşünülmüş siyasi addımıdır. Ermənistan hökuməti bu vandal aktı törədəcək elə bir adamı seçib ki, onun hökumətlə əlaqəsi olmasın. Bu adam radikal, ekstremist Şant Arutunyandır ki, onun da hökumətlə heç bir əlaqəsi yoxdur. Qriboyedovun abidəsinə qarşı bu vandalizm aktını həyata keçirən Şant Arutunyanın oğludur. Məlumdur ki, Arutunyan məhz Paşinyanın sayəsində ötən ilin noyabrında həbsdən azad olunub".

A.Petrov abidəyə qarşı vandal aksiyanın keçirilməsini təsadüfi saymır:

"Belə ki, Ermənistan hökuməti Armavirdə nasist Qaragin Njdenin xatirə lövhəsinin əvvəlcə rəngə boyanmasına və sonra sökülməsinə məhz bu yolla cavab vermiş oldu".

Rusiyalı ekspert rəsmi Moskvanın nasizmin dəstəkçilərinə, faşitləri qəhrəmanlaşdıranlara qarşı münasibətinin birmənalı olduğunu da vurğulayıb:

"Kremlin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq sənədlərə uyğundur - nasistlərin, faşistlərin, onların tərəfdarlarının heç bir abidəsi, xatirə löhvəsi və s. olmamalıdır. Rəsmi Moskvanın qəti mövqeyi məhz bundan ibarətdir. Rusiya həm dost olan, həm də dost olmayan ölkələrdə faşizmin tərəfdarlarına abidə qoyulmasını pisləyir. Moskva bu məsələdə heç kəsə istisna olmaq imkanı vermək fikrində deyil. Ermənistan da Rusiyanın Qafqazdakı müttəfiqidir. Ona görə də, Moskva imkan verə bilməz ki, Ermənistan paytaxtında faşist Qaragin Njdenin abidəsi olsun. Hesab edirəm ki, diplomatik kanallarla bu məsələ üzərində işlənilir".