Vüsal Qasımlı: "İslahatlar ölkənin davamlı inkişafına zəmin olacaq"
03 dekabr 2019 15:12 (UTC +04:00)

Vüsal Qasımlı: "İslahatlar ölkənin davamlı inkişafına zəmin olacaq"

 

"Azərbaycan Dünya Bankının hesabladığı “Hökümətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib".

APA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib:

"Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, Hökümət tənzimlənməsinin yükü meyarına görə 3-cü, Hökümətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, Hökümətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, Hökümətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır".

V.Qasımlı bildirib ki, Azərbaycanda dövlət idarəetmə islahatları bundan sonra aparılacaq iqtisadi və sosial islahatların sistemliliyini və dayanıqlılığını təmin edəcək, ölkənin davamlı inkişafına zəmin olacaq:

"Ən əsası islahatların sistemli, rəvan və hər hansı gərginlik olmadan aparılması islahatlara inamı artırır. Azərbaycan ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir".

# 1452
avatar

Oxşar yazılar