375
11:59
03 Dekabr 2019

Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı rayon polis idarələri əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonları ərazisindəki mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Lent.az -a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.