486
11:46
03 Dekabr 2019

Bakıda qadına qarşı quldurluq edən bacı-qardaş saxlanıldı

Bakıda qadına qarşı quldurluq edilib.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını almaqda şübhəli bilinən Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.