“Qızıl top”u 6-cı dəfə qazanan Messi: “Futboldan gedəcəyim gün yaxınlaşır”
03 dekabr 2019 10:51 (UTC +04:00)

“Qızıl top”u 6-cı dəfə qazanan Messi: “Futboldan gedəcəyim gün yaxınlaşır”

 

“Barselona”nın futbolçusu Lionel Messi karyerasında 6-cı dəfə “Qızıl top” mükafatına layiq görülməsi haqda fikirlərini bildirib. 

Lent.az-ın məlumatına görə, argentinalı superulduz futboldan gedəcəyi günün yaxınlaşdığını qeyd edib: “Heç vaxt xəyal qurmaqdan, gündən-günə inkişaf etməkdən və futboldan ləzzət almaqdan bezmədim. Bu müddətdə çox şey etmək fürsətim oldu. 

Tanrı istəyir ki, daha bir neçə il futboldan həzz alım. Hansı yaşda olduğumu bilirəm. Buna görə də, mənim üçün xüsusi andır. Çünki futboldan gedəcəyim gün yaxınlaşır. Mənim üçün çox ağır olacaq, amma bir gün bu, baş verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522

Oxşar yazılar