İlham Əliyev: "Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq"
02 dekabr 2019 16:20 (UTC +04:00)

İlham Əliyev: "Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq"

 

"Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq".

Lent.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Dilarə Seyidzadəyə "Şərəf" ordenini təqdim edərkən deyib.

Prezident bildirib ki, ölkəmizin hər yerində islahatlar, o cümlədən struktur islahatları aparılır: "Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər".

# 2078
avatar

Oxşar yazılar