Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında olan qalmaqal yenidən alovlanıb. Lent.az-ın məlumatına görə, F.Kərimova A.Fərmanqızı barədə sosial şəbəkədə tənqidi status paylaşıb:
“İki ali təhsil sahibi müəllimə-müğəni” fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax yazıların qüsursuz olsun. Toyların azalıb, “mən-mən”-də dəbdən düşüb deyə əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü sən - “filoloq, alimdən” başqa! İşki qaldi “Ətlə pişik” misalına ovçu olmaqda taleyin gətirmədi! Sənin qismətin ancaq və ancaq qurbanlıq olmaqdır, hələ də olursan! Bir məkana verilən adlara gəldikdə isə olsun “Nəsimi bazarı”, “Füzulu meydanı”, “Nizami kücəsi” və s. bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil!
BAZARDA İŞLƏYƏNLƏRİ “NƏSİMİ” ADINA LAYİQ BİLMİRSƏNSƏ bu illərlə içində qaynatdığın vətəndaş problemindir! Bu qədər Millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim...
Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatasını” yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “SIĞMAZAM” qəzəlinin faciəsini dərk edib mənəvi sərvətimiz olan “Nəsimi” kantatasını yazdı. Və sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin! Buna görə sənə “əhsən” düşür! İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən?!
Əgər saç başa ağıl gətirsəydi sənin adın dahilər sırasında səslənərdi!
Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığının bədənə, ağıla ziyanı yoxdu. Vay o günə ki, kişilərin artığı olasan!
Afət, sevirəm deyib “DİNİ KƏBİNƏ” girib (gah qolunu, gah kəbinin üz qabığın göstərdiyin ilə) keçirdiyin sabaha güvənməyən qadın. Sənə uşaq cəlladı olduğun üçün acıyıram! Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünün yerə çırpıb kiçiltdin ki, SAYILASI DÜŞMƏN də ola bilmədin”.
Xalq artistinin statusuna Afət sosial şəbəkədə videoyla cavab verib: “78 yaşında vannaya lüt uzanan, siyasi karyerasını buqələmun kimi dəyişən, sidik içirəm deyən insan hər şey yeyər. Zamanında “Jek” müdirindən tutmuş, qapı-pəncərə ustasına qədər sənin həyatında olub. O yolları sən bilirsən, bizlər o yolları sizlərdən öyrənmişik, amma yaxşı ki, o yolları getməmişik. Xalq kimin necə olduğunu gözəl bilir. Məndə böyük bir siyahı var. Ağıllı ol. Neçə ailələri gözü yaşlı qoyduğunu adları ilə oxuya bilərəm. Özü də kim sənlə bir yerəd olubsa, ölüb. Bilmirəm nə məsələdir”.