Şirvanda kişi dəm qazından zəhərlənərək ölüb
01 dekabr 2019 20:28 (UTC +04:00)

Şirvanda kişi dəm qazından zəhərlənərək ölüb

 

Şirvan şəhərində 49 yaşlı kişi dəm qazından boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Xəqani küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Şirvan sakini, 1970-ci il təvəllüdlü Cəfərov Qurban Əlsoltan oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

O, xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar