1705
19:06
01 Dekabr 2019

Dənizdə işçilər təxliyyə edilir - RƏSMİ

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.

Lent.az məlumat verir ki, bu barədə SOCAR xəbər yayıb. Şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb.

Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək. 360 nəfər artıq sahilə çıxarılıb və 60-a yaxın işçimiz hazırda sahilə yaxınlaşır. Bununla da təxliyə edilən işçilərin sayı 420 civarında olacaq. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.