773
19:34
29 Noyabr 2019

ABŞ ordusunda əsgərləri kiborqlar əvəz edəcək - Bu tarixdən

ABŞ alimləri tərəfindən 2050-ci ilədək adi əsgəri yüksək döyüş keyfiyyətlərinə malik kibernetik orqanizmə (kiborq) çevirməyə imkan verən texnologiyalar hazırlanacaq.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun təqdim etdiyi müvafiq hesabatda bildirilib.

ABŞ analitiklərinin qənaətinə görə, belə əsgərlər daha yaxşı görmə və eşitmə qabiliyyətinə, güclü əzələlərə, eləcə də telepatiya kimi yeni ünsiyyət vasitələrinə malik olacaqlar.

Hazırda ABŞ hərbiçiləri tərəfindən əks tərəfi qaranlıqda görmək üçün böyük və nisbətən ağır gecəgörmə eynəklərindən istifadə olunur. Bu problemi analoji imkanlara malik kontakt linzalar həll edə bilər. Onlar əsgərə daha vacib detalları göstərmək məqsədi daşıyan rəqəmli fokuslama və əlavə reallıq texnologiyaları ilə təchiz ediləcək. Həmçinin yorulmuş əzələləri tez bərpa etməyə imkan verən xüsusi qurğuların yaradılacağı istisna edilmir.

Rəqəmli telepatiya isə hərbçilərə döyüş meydanında sürətli məlumat mübadiləsinə şərait yaradacaq. Hesabat müəllifləri vurğulayır ki, texnoloji inkişaf templəri nəzərə alınmaqla bütün qeyd edilənlərə 30 ilə – təxminən 2050-ci ildə nail olmaq mümkündür.

Bununla yanaşı, bir sıra texnologiyaların tətbiqi həm texniki, həm də mənəvi və etik suallar doğurur. ABŞ alimlərinin sözlərinə görə, belə texnologiyalar həyatın müxtəlif sahələrində tətbiq olunsa da, onlardan istifadə bir sıra güc strukturları çərçivəsində məhdudlaşdırılacaq.

Dİgər xəbərlər