938
16:51
29 Noyabr 2019

Bakıda FACİƏ: ana və oğlu qazdan boğuldu


Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbənin Şıxlar adlanan ərazisində yaşayan Sevda Xaliqova və oğlu, 7 yaşlı Kamran Xaliqov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Qaradağ rayon Prokururluğunda araşdırma aparılır.