887
15:45
29 Noyabr 2019

9 yaşlı Arzunun köməyə ehtiyacı var - FOTOLENT

2010-cu il təvəllüdlü Arzu Paçalova Vüqar qızının köməyinizə ehtiyacı var.

Lent.az -a bununla bağlı daxil olan məlumatda bildirilib ki, azyaşlı qız Balakən rayonu, Nizami adına orta məktəbin 4-cü sinif şagirdidir:

"Ata-ananın 7 illik həsrətindən sonra dünyaya gələn, ailənin yeganə övladıdır və Arzu kəskin leykozdan əziyyət çəkir. Sağalması üçün maddi dəstəyə ehtiyac var. Həkimlər bildirir ki, Türkiyədə müalicə oluna bilər.

Pul köçürmək üçün ödəmə terminallarından istifadə edə bilərsiniz. Kartın üzərindəki rəqəmləri yığaraq hesaba pul yatırmaq mümkündür".