İllərlə yumurta oğurladı:  quşçuluq fermasına 22 min ziyan vurdu
07 iyun 2026 10:27 (UTC +04:00)

İllərlə yumurta oğurladı: quşçuluq fermasına 22 min ziyan vurdu

0

Almaniyada 46 yaşlı kişi iki il ərzində yerli quşçuluq fermasından təxminən 120 min yumurta oğurlamaqda təqsirli bilinib. 

Lent.az xarixi mediaya istinadla xəbər verir ki, o, rəhbərliyin icazəsi olduğunu iddia edərək külli miqdarda yumurta aparıb.

Məlumata görə, Fexte (Aşağı Saksoniya) rayon məhkəməsi iki il ərzində 22.417 avro dəyərində yumurta oğurlayan 46 yaşlı kişiyə hökm oxuyub.

Həftədə bir dəfə o, Dinklaqedəki regional topdansatış fermasına baş çəkib və təxminən altı bağlama - 1000-dən çox yumurta götürüb. Fırıldaqçı ferma işçisinə "bu rəhbərlə razılaşdırılıb" deyib və əvvəlcə heç bir şübhə yaratmayıb.

Məhsuldarlıqla göndərilən malların həcmi arasında uyğunsuzluq aşkar edildikdə, kişi kommersiya fırıldaqçılığında ittiham olunub. Məhkəmədə təqsirləndirilən şəxs ittihamlara cavab vermədən susub.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin özünü "fermerin qurbanı" hesab etdiyini və bəraət tələb etdiyini bildirib. Prokuror, kişinin əvvəllər dələduzluq və oğurluq cəhdində məhkum edildiyini qeyd edərək, təxminən üç il həbs cəzası istəyib. Hakimlər iki illik həbs cəzasını münasib hesab ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar