Bir ailənin 4 üzvü zəhərləndi: 2-si azyaşlıdır
29 noyabr 2019 09:20 (UTC +04:00)

Bir ailənin 4 üzvü zəhərləndi: 2-si azyaşlıdır

Bakıda bir ailənin 4 üzvü zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində qeydə alınıb.

Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, baş verən zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma saat 22:27-də daxil olub:

"Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər.

Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda onların müalicələri davam edir.

Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.

Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037

Oxşar yazılar