"YAP milli maraqlarımıza uyğun qərar verdi" - Bahar Muradova
28 noyabr 2019 16:37 (UTC +04:00)

"YAP milli maraqlarımıza uyğun qərar verdi" - Bahar Muradova

"Yeni Azərbaycan Partiyası hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq, ölkə gündəmini dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verdi".

APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova özünün “Facebook” səhifəsində yazıb.

Vitse-spiker bildirib ki, YAP növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə, hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi: “Azərbaycanın həyatının son 27 ilinin hər anı Heydər Əliyev ideyalarını reallaşdırmaqla xalqa xidmət yoluyla irəliləyən Yeni Azərbaycan Partiyası ilə bağlıdır”.

# 2010
avatar

Oxşar yazılar