641
13:36
28 Noyabr 2019

Satıcı keçmiş məhkumu güllələdi

Şamaxıda keçmiş məhkum tüfəngi ilə güllələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat daxil olub.

V.Əsgərov saxlanılıb. Hadisə törədilərkən istifadə edilən “Oskar” markalı ov tüfəngi ondan götürülüb.

Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

Dİgər xəbərlər