4 fərqli "vodolazka"  modelləri - FOTOLENT
28 noyabr 2019 11:53 (UTC +04:00)

4 fərqli "vodolazka" modelləri - FOTOLENT

Qış mövsümünün vaz keçilməyən "vodolazka"lar artıq qarderobda öz yerini tutur.  

Lent.az Türkiyə mətbuatına istinadən dəbdə olacaq boğazlı kofta modellərini təqdim edir:

1. Qara "vodolazka" qış aylarının əvəzolunmazıdır. Qara koftanı , qara şalvarla kombinə edərək incə görünmək olar. Eyni zamanda bu kombinənizi rəngli gödəkcə və ya palto ilə daha da maraqlı göstərə bilərsiniz.

2. Bir rəngin fərqli tonlarından istifadə edərək kofta, ayaqqabı və paltonuzu uyğunlaşdıra bilərsiniz.  

3. Açıq çiyinlər və dekoltelər bu tipli koftalarda da istifadə edilə bilər. Bu cür koftaları həm şalvarla həm də midi ətəklə kombinə etmək olar.

4. Hər qış dəbdə olan "vodolazka"lardan biri də qısa olanlardır. Qısa "vodolazka" həm daha romantik görüntü bəxş edir, həm də idman üslubunu əldə etməyi asanlaşdırır.

 

# 1708
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar