Azərbaycanın dəmir yoluna 115 milyon avroluq qatarlar alınır
27 noyabr 2019 17:01 (UTC +04:00)

Azərbaycanın dəmir yoluna 115 milyon avroluq qatarlar alınır

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Stadler" şirkət ilə 10 ədəd 5 vaqondan ibarət olan "FLIRT" qatarlarının 3 versiyasının tədarükü üçün 115 mln. avro dəyərində müqavilə imzalayıb.

"APA-Economics"in "Stadler"ə istinadən verdiyi məlumata görə, qatarların dördü dizel və elektrik aqreqat ilə işləyən bölgələrarası qatarlar kimi xəttə buraxılacaq, altısı isə ancaq elektrik enerjisi ilə çalışan bölgələrarası və regional qatarlar kimi işlədiləcək.

"Azərbaycan Dəmir Yolları" 2014-cü ildən bir neçə dəfə "Stadler" şirkətindən qatar sifariş edib. 2014-cü ildə QSC 30 ədəd yataqlı vaqon sifariş edib. 2015-ci və 2018-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” gündəlik xidmətdə olan və yüksək xidmət səviyyəsi təklif edən ikimərtəbəli "KISS" qatarlarına sifariş verib.

# 1614
avatar

Oxşar yazılar